Slovakiyanın neft emalı zavodunda Azərbaycan nefti emal ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus "Slovnaft" neft emalı zavodu aprel ayında Azərbaycan neftinin emalına başlayacaq.
Trend bu barədə macar mediasına istinadən xəbər verir.
Məlumata görə, Bakı şəhərinin yaxınlığında Səngəçal neft terminalında Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xorvatiyaya 90 000 ton neft nəql olunub və hazırda "Adria" boru kəməri ilə "Slovnaft" neft emalı zavoduna nəql olunur.
MOL Group-un prioriteti neft satınalmalarında çevikliyin artırılmasından ibarətdir. Bununla belə MOL tam inteqrə olunmuş dəyər formalaşması zənciri yaradıb ki, bu da onun səhmdarı olduğu yataqdan hasil edilən neftdən öz neft emalı zavodunda emal edilmiş neft məhsulları sata biləcəyindən xəbər verir.
Qeyd edək ki, MOL "Azəri-Çıraq-Günəşli" blokunda səhmlərin 9,57%-nə sahibdir.
bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat - Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə - gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.
AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi





