İqtisadiyyat

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

9 Yanvar 2023 15:48
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uçuş proqramının inkişafı çərçivəsində 2023-cü ilin mart ayında "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı şəhərindən Qazaxıstanın ən böyük şəhərinə - Almatıya uçuşlar yerinə yetirməyə başlayacaq.

Belə ki, 17 martdan etibarən AZAL həftədə iki reys tezliyi ilə - çərşənbə axşamı və cümə günləri Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirməyi nəzərdə tutur.

Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında - www.azal.az tanış ola bilərsiniz. Reyslərə aviabiletləri "Azərbaycan Hava Yolları" aviaşirkətinin saytında, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişin kateqoriyası qəbul ediləcəkdir.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.azal.az/az/information/covid-azerbaijan.

Qeyd edək ki, hal-hazırda AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkəti həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.