İqtisadiyyat

Aİ rəhbəri Azərbaycanın da iştirak edəcəyi elektrik xəttindən danışdı

17 Dekabr 2022 23:22
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayen deyib.

"Bu, çox iddialı layihədir. O, bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq",-deyə Lyayen bildirib.

Qeyd edək ki, Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş"i imzalanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.