İqtisadiyyat

Ukrayna Aİ-ni elektrik enerjisi ilə təchiz edə bilməyəcək

25 Oktyabr 2022 22:19
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna energetika obyektlərinin 40 faizə yaxınının məhv olması səbəbindən Avropa İttifaqını (Aİ) elektrik enerjisi ilə təmin edə bilməyəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının Energetika, Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin rəhbəri Andrey Gerus bildirib.

"Kütləvi raket hücumları Ukraynanın energetika sisteminin ümumi infrastrukturunun və generasiya gücünün təxminən 40 faizini sıradan çıxarıb. Bu gün üçün problemimiz elektrik stansiyalarına yaxın olan şəbəkələr və yarımstansiyalardır", - o deyib.

Deputat qeyd edib ki, yarımstansiyalar elektrik enerjisinin tranzitini təmin edirdi və şəbəkələrin zədələnməsi səbəbindən istehlakçılar üçün müvəqqəti elektrik enerjisi çatışmazlığı yaranıb. "Eyni zamanda, ölkədə elektrik enerjisi istehsalı qıtlığı yaşanmır", - o söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.