İqtisadiyyat

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 45,2% artıb

25 Avqust 2022 23:59
Baxış: 4 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci il iqtisadi böhranının nəticələrini yumşaltmaq və siyasi problemləri həll etmək üçün Ermənistan hökuməti dövlət borcunu artıraraq 9,97 milyard dollara çatdırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar və ya 16% artdığı halda, cari ilin yanvar-iyul aylarında bu rəqəm 748,36 milyon dollar təşkil edib

Hazırkı hökumət isə dövlət borcunu 3,1 milyard dollar və ya 45,2% artırıb.

Qeyd olunub ki, bu ilin yeddi ayında İrəvanın daxili borcu 219,4 milyard dram və ya 18,4% artıb. O cümlədən, 2022-ci ilin iyulunda Ermənistanın dövlət borcunun 58,6%-ni xarici, 41,4%-ni isə daxili borclar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.