İqtisadiyyat

“Facebook”un gəlirləri azalıb

28 İyul 2022 08:40
0 Şərh     Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook"un tarixində ilk dəfə gəlirləri azalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Facebook"un da daxil olduğu "Meta" şirkətinin gəlirləri ötən rübdə 1% azalaraq 28,8 milyard dollar olub. Hesabat dövründə xalis mənfəət 36% azalaraq 6,7 milyard dollar təşkil edib.

Ekspertlərlə müzakirə zamanı şirkətin rəhbəri Mark Zükerberq bildirib ki, yaxın illərdə sərmayələr azaldılacaq, yeni işçi qəbulu minimuma endiriləcək.

Hazırda "Meta"nın dünya üzrə 84 000 işçisi var ki, bu da ötən ilkindən 32% çoxdur.

İqtisadi göstəricilər elan olunduqdan sonra şirkətin birjadakı səhmləri 4% ucuzlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.