İqtisadiyyat

İran və Rusiya qarşılıqlı ticarətdə dollardan imtina edir

9 İyul 2022 19:56
0 Şərh     Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi Rusiyaya səfərindən sonra keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, Rusiya rəsmiləri ilə aparılan danışıqlar çərçivəsində əlaqələrin davamlı şəkildə genişləndirilməsi üçün maliyyə-bank bazasının hazırlanmasına dair razılıq əldə olunub.

Onun sözlərinə görə, Tehran və Moskva tezliklə ticarət əməliyyatlarında milli valyutada hesablaşmalara keçəcəklər.

A.Salehabadi əmin olduğunu bildirib ki, həm İran, həm də Rusiya sazişlərin müsbət nəticələrini hiss edəcəklər.

İran nümayəndə heyəti Rusiya paytaxtına iki günlük səfər çərçivəsində baş nazirin müavini Aleksandr Novak tərəfindən qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.