"Son 3 ildə..." - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dəniz Beynəlxalq Ticarət Limanında bütün növ yüklərin daşınmasının artırılması üçün bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Bakı Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib.
Onun sözlərinə görə, mövcud reallıqlar və geosiyasi şərait fonunda Azərbaycan ərazisindən keçən marşrutlara tələbat artır:
"Şərq-Qərb dəhlizi (Çindən Avropaya) üzrə yükdaşımaların artması ilə əlaqədar olaraq, Bakı limanının logistika qovşağı kimi, xüsusən də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) cəlbediciliyi və davamlılığı artır. TBNM vasitəsilə Çin, Mərkəzi Asiya və Qara dəniz hövzəsindən qərb istiqamətində, yəni Aİ ölkələrinə və Azərbaycan ərazisindən geriyə yük daşımaları daha da aktuallaşıb. Bu onu deməyə əsas verir ki, Azərbaycan ərazisindən Çindən Avropaya mal axını arta bilər. Bu prosesin demək olar ki, bütün iştirakçıları, xüsusən də limanımız, "Azərbaycan Dəmir Yolları", Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, eləcə də digər yükdaşıyıcılar yaxın gələcəkdə infrastruktur potensialının qiymətləndirilməsi və inkişafı üçün müvafiq monitorinq işləri aparırlar. Müvafiq qiymətləndirmə artıq ölkə hökumətinə təqdim olunub. Qeyd edim ki, Çindən Avropaya ilk yük bloku qatarları artıq Azərbaycan ərazisindən keçməyə başlayıb. Biz artıq bir neçə blok qatar daşımışıq və Çindən Avropaya mallar çatdırmışıq".
Onun sözlərinə görə, yeni reallıqlar yükgöndərənlərin daha qısa, daha davamlı marşrutlar axtarmardığını göstərir:
"Ölkəmizin ərazisi yuxarıda göstərilən istiqamətlər üzrə yüklərin daşınması üçün ən dayanıqlı marşrutlardan biri kimi qiymətləndirilir. Biz Şərq-Qərb dəhlizi ilə Azərbaycandan böyük yük axını gözləyirik. Bildiyiniz kimi, bu gün limanımızın ötürmə qabiliyyəti 100 000 TEU konteyner təşkil edir. Qısa müddətdə (yaxın 2-3 il ərzində) limanımız vasitəsilə konteyner daşımalarının bu zirvəyə çatacağını gözləyirik. Ortamüddətli perspektivdə konteynerlərin yüklənməsi üçün xüsusi terminalın yaradılması nəzərdə tutulur".
Departament rəisi vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Limanında yüklərin, konteynerlərin, təkərli texnikanın daşınması ildən-ilə artır.
Onun sözlərinə görə, son 3 ildə vaqonların daşınmasında azalma tendensiyası müşahidə olunub:
"Lakin 2022-ci ilin yanvar-may aylarında 2021-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici də artıb. Xüsusi vurğulamaq istəyirəm ki, bu ilin ilk beş ayında Bakı limanında yük axını təxminən 20 faiz artaraq 2,2 milyon tona çatıb. 2021-ci ilin eyni dövründə bu rəqəm 1,8 milyon təşkil edib".
Departament rəisi qeyd edib ki, təkərli nəqliyyat vasitələrinin (TIR) daşınması 15-16 faiz artaraq 17,8 min ədədə çatıb:
"Hesabat dövründə biz 14,3 min vaqon (artım 18,9 faiz) daşıdıq. Yüklərin həcminin əsas hissəsi əvvəlki illərdə olduğu kimi konteynerlərin payına düşür. Konteynerlərin daşınmasında artım 22 faiz - 21 000 TEU konteynerə qədər təşkil edib. Kütləvi yüklərin və mineral gübrələrin daşınması sürəti də sürətlə artır. 2018-ci ildən mineral gübrələrin daşınması durmadan artır. Yanvar-may aylarında 606 min ton toplu yük daşınıb ki, bunun da 90 faizindən çoxu və ya 558 min tonu mineral gübrələrin payına düşüb. Bu ilin sonuna qədər bu rəqəmin 1,3-1,4 milyon tona (artım 22,5 faiz) çatacağı gözlənilir".
Onun sözlərinə görə, toplu yüklərin daşınmasının sürətlə artması ilə əlaqədar olaraq, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində mineral gübrələrin köçürülməsi üçün terminalın istifadəyə verilməsi planlaşdırılır:
"Bu terminal istifadəyə verildikdən sonra mineral gübrələrin köçürülməsi potensialının ildə 2,5-3 milyon tona çatacağını gözləyirik".
Departament rəisinin sözlərinə görə, ortamüddətli perspektivdə toplu yüklərin və konteyner yüklərinin daşınması üçün terminalların tikintisi nəzərdə tutulur:
"Hesablamalarımıza görə, Bakı limanında ortamüddətli perspektivdə konteynerlərin daşınması ildə 200-250 min TEU-ya, toplu yüklərin isə ildə bir milyon tona çatacaq. Bu və digər layihələrin həyata keçirilməsi ilə inkişaf strategiyasına uyğun olaraq liman infrastrukturu genişləndiriləcək ki, bu da yükdaşımalarda daha da davamlılığı təmin edəcək".
O əlavə edib ki, infrastrukturun digər strukturlarla, yəni dəmir yolu, gəmiçilik, avtomobil daşıyıcıları ilə genişləndirilməsi üzrə işlərin ssinerji şəklində aparılması planlaşdırılır:
"Vurğulamaq istəyirəm ki, Türkiyə və Orta Asiya ölkələri təkərli texnikanın böyük axınının daşınmasını həyata keçirir. Xatırladım ki, Türkiyə ilə Əfqanıstan da daxil olmaqla Orta Asiya ölkələri arasında yük dövriyyəsi ildə 120 min TIR-a yaxındır. Bu yüklərin təxminən 20 faizi Azərbaycan ərazisindən keçir. Türkiyə tərəfi ilə əməkdaşlıq çərçivəsində biz bu yük axınının 50 faizini və ya daha çoxunu (və ya təxminən 60 min yük avtomobilini) Azərbaycan ərazisindən tranzit keçməyə cəlb etməyi planlaşdırırıq".
Departament rəisi qeyd edib ki, bu məqsədlərin həyata keçirilməsi ilə əlaqədar Bakı limanının ərazisində TIR parkının yaradılması nəzərdə tutulur:
"Qısa və ortamüddətli perspektivdə konteynerləşdirmənin inkişafı, toplu yüklərin və mineral gübrələrin daşınması üçün terminalların tikintisi ilə yanaşı, TIR parkının yaradılması da nəzərdə tutulur. Qeyd edim ki, hazırda təkərli texnikanın illik olaraq daşınması təxminən 35-40 min təşkil edir (bu texnikanın 80 faizi Türkiyənin payına düşür)".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi





