İqtisadiyyat

“Qazprom” Yunanıstana təbii qaz nəqlini dayandırıb

21 İyun 2022 08:34
0 Şərh     Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın enerji şirkəti "Qazprom" sabahdan etibarən Yunanıstana təbii qaz axınını müvəqqəti dayandıracaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Qazprom" tərəfindən ediləcək fasilənin səbəbi "Türk axını" təbii qaz kəmərinin illik müntəzəm baxım işləri olaraq göstərilib.

İyunun 27-dək davam edəcək kəsilmənin Yunanıstanda təbii qaz qıtlığına səbəb olmayacağı və çatışmazlığın mayeləşdirilmiş təbii qaz (LNG) resursları ilə kompensasiya ediləcəyi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.