İqtisadiyyat

Rusiya iqtisadiyyatının kiçiləcəyi faiz nisbəti açıqlandı

2 İyun 2022 09:00
0 Şərh     Baxış: 921
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada iqtisadiyyatın yanvar ayında əvvəlki ilə nisbətən 5,6 faiz artdığı açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya İqtisadi İnkişaf Nazirliyinin dərc etdiyi "İqtisadiyyatda mövcud vəziyyət" adlı hesabatda qeyd olunub.

Hesabatda Rusiya iqtisadiyyatının fevralda 4,1 faiz, martda isə 1,3 faiz artdığı, apreldə isə iqtisadiyyatın 3 faiz azaldığı bildirilir. Rusiyaya qarşı hərtərəfli sanksiyalara baxmayaraq, ölkə iqtisadiyyatının ilin ilk 4 ayında əvvəlki ilə nisbətən 1,7 faiz artdığı açıqlanıb.

Qeyd edək ki, Qərbin sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının bu il 10-12 faiz kiçiləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.