İqtisadiyyat

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 20 faizdən çox artırılıb

25 May 2022 12:22
Baxış: 694
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən il Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə 4 milyard 542 milyon manat vəsait ayrılıb. Bu da əvvəlki ildən 21 faiz və ya 787 milyon manat çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman deyib.

Nazir bildirib ki, Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılması Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.