İqtisadiyyat

Rusiyada dollar və avrodan başqa bütün valyutanın satışına icazə verilib

19 May 2022 21:49
0 Şərh     Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Mərkəzi Bankı ölkədə xarici valyutanın nağd satışına icazə verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, mayın 20-dən fiziki şəxslərə banklarda avro və dollar istisna olmaqla bütün xarici valyutanı məhdudiyyətsiz sata bilər.

Prosedur sentyabrın 9-dək davam edəcək.

Maliyyə qurumu ABŞ dolları və avrodan başqa valyutanın məhdudiyyətsiz satışına icazənin verilməsini, banklarda xarici əskinasların qalıqlarının olması ilə izah edib.

Əvvəllər bu məhdudiyyətlər bütün nağd valyuta növlərinə şamil edilirdi, Mərkəzi Bank bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.