İqtisadiyyat

İranla sərhəddəki körpünün istifadəyə veriləcəyi vaxt açıqlandı

19 May 2022 08:42
0 Şərh     Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Astaraçay üzərində tikilən yeni avtomobil körpüsü qarşıdakı 6 ay ərzində tamamlanaraq istifadəyə veriləcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi İranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündən sonra mətbuat nümayəndələrinə verdiyi açıqlamada deyib.

O bildirib ki, körpünün tikintisinin 8 aydan sonra yekunlaşması gözlənilirdi. Lakin tərəflərin səyləri ilə aparılan inşaat işlərinin sürətləndirilməsi onu deməyə əsas verir ki, tikinti 6 aya yekunlaşacaq.

Nazir bildirib ki, Astaraçay üzərindəki körpü İranla Azərbaycan arasındakı tranzit əlaqələrini gücləndirəcək və ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq. Eyni zamanda İran yükləri Azərbaycan üzərində tranzit olaraq rahat daşınacaq.

Rüstəm Qasemi onu da nəzərə çatdırıb ki, Azərbaycan hökuməti ilə İran hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrası ilə əlaqədar, hər iki tərəfin mütəxəssislərindən ibarət yaradılan işçı qrupu sabahdan işə başlayacaq.

İranlı nazir qeyd edib ki, İranla Azərbaycanı birləşdirən avtomobil və dəmir yolu körpüləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasını göstərir. Bu infrastruktur layihələr dövlətlərin iqtisadi inkişafına daha böyük təkan verəcək.

Qeyd edək ki, Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda səfərdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.