İqtisadiyyat

Bitkoin bazarında "çalxalanma": İnvestisiya edənləri nə gözləyir? - AÇIQLAMA

13 May 2022 20:18
0 Şərh     Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kriptovalyuta bazarlarında qiymətlərin düşməsi son 1 həftədə müşahidə edilir. Bunun əsas səbəbi Amerikada infilyasiya faiz dərəcəsinin 8 faiz yuxarı olması idi ki, bu da fond bazarında qiymətlərin düşməsi ilə nəticələndi. Təbii ki, bu düşüş kriptovalyuta bazarına öz təsirini göstərməyə bilməzdi".

Milli.Az xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlamasında Kriptovalyuta üzrə yerli ekspert Elnur Quliyev bitkoinin qiymətindəki azalmaya münasibət olaraq bildirib.

Onun sözlərinə görə, düşüşün səbəbi kriptovalyuta şirkətindəki problemlə əlaqəlidir:

"Son 2 gündə kriptovalyuta bazarında qiymətlərin 30, 40 və 50 faizə qədər düşməsi sırf Terra Luna şirkətində yaranmış problemlə bağlıdır. Bu şirkət kriptovalyuta saxlayanlar içərisində TOP-3 də yerləşir və təxminən 70 minlik bitkoinə malikdir.

Şirkətin paralel olaraq 1UST=1Dollar olan stabil koini var. Stabil koində 2 gündür yaranan problem nəticəsində Terra Luna şirkətinin özünün kriptovalyuta qiymətləri birdən-birə100 Dollardan 0,010 sentə qədər düşüşə səbəb oldu və sözügedən şirkət problemi həll etmək üçün öz 70 minlik bitkoinini satışa çıxardı.

Təbii ki, bu qədər məbləğlik bitkoinin satışa çıxarılması bazarda təlatüm yaratdı. Həmçinin bazarda tələbin təklifdən daha az olması səbəbindən qiymətlər düşməyə başladı. Paralel olaraq da burada panikaya düşənlər kriptovalyutalarını satmağa başladılar. Qısa desək, bazarda dırnaq arası devalvasiya yaratdılar".

Ekspert həmçinin investisiya edən şəxslərə kriptolarını satmağa tələsməməyi tövsiyyə edib:

"Kimin kriptosu varsa satmağa tələsməsinlər. Onsuz da 30% ziyandadırlar. Bir az səbrli olmaq lazımdır, çünki bu problem 1 şirkətdən qaynaqlanır. Müsbət tərəfi budur ki, biz qiymətin düşməsi səbəbini ən azından görürük.

Ona görə də bitcoin satmaq lazım deyil, səbrli olub gözləmək lazımdır və ümid edirəm ki, yaxın günlərdə qiymətin yenidən qalxması halı müşahidə olunacaq. Hətta deyərdim ki, hazırda kriptovalyutalara investisiya etməyin tam zamanıdır", - deyə E.Quliyev qeyd edib.

Qeyd edək ki, dünyanın ən bahalı kriptovalyutası olan Bitcoin-in qiyməti 12% dən çox aşağı düşüb və hazırda qiyməti $30 mindən aşağıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.