İqtisadiyyat

Mərkəzi Banka “Dünyanın ən yaxşı yeni banknotu” mükafatı verildi - FOTO

12 May 2022 11:22
Baxış: 534

2022-ci ilin 22 fevral tarixində "Beynəlxalq Pul Nişanları Assosiasiyası" (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilmiş, Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə "Dünyanın ən Yaxşı yeni Banknotu" tituluna layiq görülərək qalib seçilib.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Cari ilin 02-05 may tarixlərində İspaniyada təşkil edilmiş "Global Currency Forum 2022" çərçivəsində qaliblərə mükafatların təqdim edilməsi həyata keçirilmiş və "Dünyanın ən yaxşı yeni banknotu" tituluna layiq görülmüş 50 manatlıq pul nişanının qalibiyyət mükafatı (kubok) Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics