İqtisadiyyat

Rusiyadan Avropaya qaz ixracı azalıb

3 May 2022 08:28
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin ilk rübündə Qazpromun Avropa İttifaqı və Türkiyəyə ixracı ciddi şəkildə azalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şirkət bildirir ki, hesabat dövründə MDB-dən kənara 50 milyard kub metr qaz ixrac olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9% azdır. Bununla belə, şirkət müqavilələrdə nəzərdə tutulmuş bütün öhdəliklərini yerinə yetirib.

Qaz hasilatı ilə bağlı da azalma mövcuddur. Hesabat dövründə şirkət 175,4 milyard kub metr qaz hasil edib ki, bu da illik əsasda 2,5% geriləmə deməkdir. Daxili bazara satışların 3,7% azalması fevralın isti keçməsi ilə izah edilir.

Ukrayna münaqişəsinə rəğmən Avropa rus qazı üçün əsas bazardır. Köhnə qitənin ölkələrinin Rusiya qazından asılılığı 25%-lə 100% arasında dəyişir. "Qazprom"un gəlirinin artması qazın bahalaşmasından irəli gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.