2022-ci ilin martında Azərbaycanda pul kütləsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16,13 faiz artaraq 23,597 milyard manat təşkil edib.
Milli.Az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verib.
Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 0,61 faiz azalaraq 10,589 milyard manat, geniş pul kütləsi 19,15 faiz artaraq 34,91 milyard manata, sövdələşmələr üçün pul kütləsi 14,84 faiz artaraq 20,249 milyard manata bərabər olub.
Milli.Az