İqtisadiyyat

İçməli suyun təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir

13 Aprel 2022 20:34
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda içməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə olunan suyun təhlükəsizliyinə dair tələblər müəyyən edilir.

Milli.Az xəbər verir ki, bu barədə məsələ "Qida təhlükəsizliyi" haqqında yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, içməli su (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən su qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunan tələblərə uyğun olmalıdır.

İçməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən suyun qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Təbii mineral suların (qablaşdırılmış) istehsalı, emalı və dövriyyəsi həmin sular müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25.1-ci maddəsinə əsasən qeydiyyata alındıqdan sonra yol verilir.

Qeyd edək ki, qanun layihəsi aprelin 12-də Milli Məclisin iclasında ikinci oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.