Bel ağrısını azaldan təbii üsullar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bel ağrısının bir neçə səbəbi ola bilər.
Milli.Az xəbər verir ki, ağrılar bel nahiyəsində əzələlərin gərilməsi, soyuq havanın təsiri və müxtəlif xəstəliklər səbəbindən yarana bilər.
Bel nahiyəsində ağrı hiss olunduqda bir çox insanın ağlına ilk gələn üsul ağrıkəsici dərmanlardan istifadə etmək olsa da, bu dərmanlar çox vaxt gözlənilən effekti vermir.
Bəzi təbii üsullar bel ağrılarından qurtulmağa kömək edir:
Zəncəfil və zeytun yağı: Zəncəfilin təbii iltihabəleyhinə xüsusiyyətləri əzələlərdəki gərginliyi azaldır. Təzə zəncəfil suyu və ya toz zəncəfili ilıq zeytun yağı ilə qarışdıraraq bel nahiyəsinə masajla tətbiq etmək olar. Bu qarışım qan dövranını sürətləndirir və əzələ ağrılarının azalmasına kömək edir. Daimi istifadə edildikdə əzələlərin boşaldığı və ağrının azaldığı hiss olunur.
Nanə yağı: Nanə yağının tərkibindəki mentol sayəsində soyuducu təsiri var və əzələləri rahatladır. Bir neçə damcı nanə yağını kokos yağı və ya zeytun yağı ilə qarışdırıb bel nahiyəsinə masajla sürtmək əzələ iltihabını azaldır və ağrı hiss edilən sahədə rahatlıq yaradır. Həftədə bir neçə dəfə tətbiq edildikdə nəzərəçarpacaq dərəcədə yüngüllük hiss olunur.
Epsom duzu: Epsom duzu maqneziumla zəngindir və əzələləri boşaldıcı təsiri ilə tanınır. İlıq vannaya bir stəkan Epsom duzu əlavə edib 15-20 dəqiqə bu suda dincəlmək kifayətdir. Bu, əzələlərin boşalmasına və bel nahiyəsindəki gərginliyin azalmasına kömək edir. Daimi istifadə ağrını azaldır və ümumi rahatlama təmin edir.
İsti dəsmal: İstilik tətbiqi əzələlərdə yaranan spazm və gərginliyi azaltmaqda çox təsirlidir. Təmiz bir dəsmalı isti suya batırıb sıxdıqdan sonra ağrıyan nahiyəyə 15-20 dəqiqə ərzində qoymaq lazımdır. Bu, həmin bölgədə qan dövranını artıraraq əzələlərin rahatlamasına səbəb olur. Xüsusilə uzun müddət oturmaqdan yaranan bel ağrılarında effektiv üsuldur.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
-
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
-
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
XƏBƏR LENTİ
-
Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi
-
Özcan Denizin xanımına ağır itki
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
-
Murad Arif 15 il əvvəlki toy görüntüsünü paylaşdı - (Video)
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
2-ci Pyerluici Kollina peyda oldu: Türkiyədə gündəm oldu - (Foto)
-
Müğənni toyda canlı yayım açıb göz yaşı tökdü: “Abırsızlar, küçədə qalmışlar öndədir" - (Video)
-
Afət Fərmanqızı Vəfanın qardaşına 7 min ödəyəcək
-
Yaqut Babayeva uzun fasilədən sonra efridə: "Səhnəyə çıxdım, gördüm ki, tamaşaçı yoxdur" - (Video)
-
Kerem Demirbay: “Qalatasaray”ın ardıcıl 4 dəfə necə çempion olmasından danışsam, aləm dağılar"
-
Hitler Mussolini mer olacaq
-
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
-
Pünhan Piriyevi tanıdığımız ilk Video
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Gəlinin toyda verilən hədiyyəyə "ağzı açıq" qaldı - (Video)
-
Rus ordusu bu ərazini tutdu
-
Beyləqanda 16 nəfər qidadan zəhərləndi
-
Azərbaycanlı aparıcının xanımı ilə qızının maraqlı Videosu
-
Şirkət sürücüsü iş başında öldü
-
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib - (Foto-Video)
-
Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
-
Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir
-
“Komedixana”nın aktyorlarının müzakirə yaradan Videosu





