Şou-biznes

"Uşaqlara atası baxır"

12 Noyabr 2025 21:49
Baxış: 522
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın həbsdə olmasından, bacı və qardaşının aqibətindən danışıb.

Milli.Az xəbər verir ki, Aysun "Elgizlə izlə" proqramında uşaqlara atalarının baxdığını deyib:

"Dörd uşağıq. Balacalar da Bakıdadır. Onlara ataları baxır".

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

R.İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib. Rəqsanənin 4 övladı var. (axşam.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.