Türkiyə

Qəzada ölən İlhanın atası: “Oğlumun arzusu şəhid olmaq idi” - FOTO

13 Noyabr 2025 00:41
Baxış: 323
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstan-Azərbaycan sərhədində C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan İlhan Onqanın atası Ali Onqan oğlunun şəhid olmadan əvvəlki son mesajlarını və onun ən böyük arzusunu bölüşüb.

Milli.Az xəbər verir ki, 59 yaşlı Ali Onqan təqaüdçüdür və 23 yaşında bir qızı var. O, şəhid olan oğluyla hadisədən bir gün əvvəl səhər telefon vasitəsilə yazışdığını bildirib:

"Oğlum mənə mesaj yazdı ki, 'Ata, təyarəmiz gəldi, geyindik." Sonra dedi ki, 'Duman var, təyyarə qalxmır, gözləyirik.' Mən də 'Yaxşı, oğlum' dedim. Ondan sonra bir də xəbər gəlmədi.

'Gələndə sənə zəng edəcəyəm' demişdi... Amma gəlmədi, gələ bilmədi."

Ali Onqana "Oğlunuzun hər hansı bir arzusu var idimi?" sualı veriləndə, boğazı düyünlənərək belə cavab verib:

"Onun ən böyük arzusu şəhid olmaq idi. Və o, şəhid oldu. Daha nə ola bilər ki... Vətən sağ olsun."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.