AİB Azərbaycanda KOB inkişafının icmalını təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda mikro, kiçik və orta biznesin (KOB) və onun məşğulluq səviyyəsinə təsirini, eləcə də özəl sektorun inkişafını stimullaşdıran sektorların hərtərəfli icmalını ehtiva edən "Asiyada kiçik və orta biznesin monitorinqi 2025" (ASM2025) adlı hesabatını təqdim edib.
Milli.Az hesabata istinadən xəbər verir ki, 2023-cü ilin sonuna olan məlumata görə, Azərbaycandakı bütün müəssisələrin 99,7 faizini KOB təşkil edib. Bu da 2022-ci illə müqayisədə 6,2 faiz çoxdur. Ölkədə ümumilikdə 401 149 KOB fəaliyyət göstərib, onların 97,0 faizi mikrosahibkarlıq, 2,1 faizi kiçik sahibkarlıq, 0,8 faizi isə orta sahibkarlıq subyektləri olub.
Xidmət sektoru KOB arasında üstünlüyünü qoruyur, xüsusilə də topdan və pərakəndə ticarət (32,2%), yerləşdirmə və ictimai iaşə (35,7%), nəqliyyat və anbar təsərrüfatı (19,5%) sahələri üzrə. Sahibkarlıq subyektlərinin regional bölgüsü sabit qalıb: KOB-ların 49,1 faizi Bakıda, 50,9 faizi isə ölkənin regionlarında fəaliyyət göstərir.
2020-ci ildən bəri müşahidə olunan yavaşlamadan sonra, 2023-cü ildə KOB sektorunda məşğulluq 5,6 faiz artaraq 390, 845 nəfərə çatıb ki, bu da ümumi məşğulluğun 44,0 faizini təşkil edir (2022-ci ildə bu göstərici 41,8 faiz idi). Sayca az olsa da, orta sahibkarlıq subyektləri KOB sektorunda məşğulluğun ən böyük payına - 59,0 faizinə malikdir. Kiçik sahibkarlıq subyektləri 28,2 faiz, mikro sahibkarlıq subyektləri isə məşğulluğun 12,8 faizini təmin edir.
KOB sektorunda çalışanların əksəriyyəti xidmət sahəsindədir - 30,1 faizi digər xidmətlərdə, 17,0 faizi topdan və pərakəndə ticarətdə işləyir. Onlardan sonra sənaye və tikinti sahələri gəlir - hər biri ümumi məşğulluğun 14,2 faizini təşkil edir. 2023-cü ildə Bakıda KOB məşğulluğunun payı bir qədər artaraq 64,2 faizə yüksəlib, regionlarda isə bu göstərici 35,8 faiz olub.
KOB sektorunda qadınların payı da artaraq 2023-cü ildə 28,1 faizə çatıb (2022-ci ildə 27,6 faiz idi).c
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"İmişli" "Şəfa"ya qalib gəldi, "Qəbələ" - "Şamaxı" matçında heç-heçə
-
Şəhidin həyat yoldaşı və qızı tələbə olub - (Foto)
-
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb - (Foto)
-
Dünyanın ən yaraşıqlı kişiləri bu ölkədə yaşayır
-
380 kiloqramdan 110 kiloqrama düşdü - tanınmaz haldadır - (Foto)
-
"Daha 17"də yeni sima - (Foto)
-
MEDİA: “Ajmedia.news”un fəaliyyəti qanunsuz hesab edilib
-
Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır
-
Sıla Türkoğlu nişanlandı - (Foto)
-
Coşqun Əliyev qızıl medal qazanıb - (Foto)
-
Fuad İbrəhimov işdən çıxarıldı
-
Şirvanda iki avtomobili toqquşub, ölən və yaralanan var - Yenilənib (Foto)
-
Könül Kərimova və Təranə Qumral küsülülüyə son qoydu - (Foto)
-
Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı
-
Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı - (Foto)
-
Dani Bolt Malayziyaya getdi - (Foto)
-
Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi
-
Ceyda Düvenci evləndi
-
Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi
-
28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi
-
“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi
-
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı
-
"Sabah"ın oyunlarının təqvimi açıqlandı
-
Bakıda 3 gün leysan olacaq - Xəbərdarlıq





