Türkiyə

Türkiyədə gecə bank kartlarından pul çıxarmağa məhdudiyyət

13 Noyabr 2025 00:23
Baxış: 302
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi gecə saatlarında kredit kartlarından nağd pul çıxarılmasına məhdudiyyətlər tətbiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb bank sistemlərinə edilən kiberhücumların və dələduzluq hallarının artması olub.

Yeni qaydalara əsasən, axşam saat 22:00-dan səhər saat 06:00-dək kredit kartından nağd pul çıxarmaq üçün şəxsiyyətin təsdiqlənməsi tələb olunacaq. Belə ki, kartda ID-çip olmalı, istifadəçinin telefonu isə NFC texnologiyasını dəstəkləməlidir.

Digər hallarda nağd pul çıxarılması yalnız məhdudiyyətlərin aradan qaldırıldığı gündüz saatlarında mümkün olacaq.

Nəşrin yazdığına görə, kredit kartları limitlərinin artması və mobil bankçılığın yayılması ilə dələduzların istifadəçi hesablarını qıraraq gecə saatlarında əməliyyatlar həyata keçirməsi halları artıb. Yeni tədbirin bu cür halların qarşısını alacağı gözlənilir.

Milli.Az    

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.