Şəhidin atasından ürəkləri sızladan sözlər: “3 gün əvvəl mənə ayan oldu”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsində şəhid olan hərbçilərdən biri də İlker Aykutdur.
Milli.Az xəbər verir ki, şəhidin atası Ünal Aykut verdiyi açıqlamada, oğlunun şəhid olmasından cəmi bir gün əvvəl onunla telefonla danışdığını və üç gün əvvəl Allahın sanki ona xəbər verdiyini deyib.
Ünal Aykut hadisə barədə danışıb: "Bir neçə gün əvvəl bir reportaj gördüm. Bir ananın oğlu şəhid olmuşdu. Mən də o xəbərin altına 'Ana, başın sağ olsun. Allah oğlunun məkanını cənnət etsin.' yazdım.
Elə bil bunu mənə Allah dedirtdi, çünki 3 gün sonra mənim öz oğlum şəhid oldu."
Şəhid atası bildirib ki, oğlu ilə xaricə getməzdən əvvəl danışmışdı və bu, onun ilk xarici xidməti idi.
"Oğlumla hər gün danışardıq. Şəhid xəbərini almazdan bir gün əvvəl danışdıq. Anasının səhhətindən söhbət etdik. Səhəri gün zəng etmədi. Biz də 'yoldadır, gələcək' deyə fikirləşdik. Axşam isə acı xəbər aldıq."
Ünal Aykut əlavə edib ki, oğlunun olduğu təyyarənin qəzaya uğradığını əvvəlcə qardaşından eşidib:
"Qardaşım zəng etdi, 'Azərbaycanda təyyarə qəza törədib dedi. Gözlədik... Axşam isə şəhid xəbəri gəldi. Bu vətəndə minlərlə şəhid ailəsi var. Allah hamısına səbr versin. Amma bu vətən bu qurbanlar sayəsində yaşayır."
Xatırladaq ki,Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb
-
Təmizlik işçisi gözəlliyi ilə diqqət çəkdi – (Video)
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşəcək
-
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - Yenilənib
-
7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı (Video)
-
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
XƏBƏR LENTİ
-
Qvardiola “Barselona”ya qayıdır? - Özü açıqladı
-
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb
-
Nigar Camal: "Deyirlər ki, bilirik necə qazanır 400 minlik maşın alır" - (Foto)
-
Sakit Orduxanlı vəfat etdi (Foto)
-
Vilyam Hacıyevin azadlıqda ilk Fotosu
-
Lalə Azərtaş 25 kq çəki atdı
-
Bethovenin karlığının mümkün səbəbi - 220 il sonra üzə çıxdı
-
Bakıda 87 minə “Zapı” satılır - (Foto)
-
"Vəziyyət kritik həddə çatır, Zelenski devriləcək"
-
Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?
-
Qumralın səhnədəki rəqsi gündəm oldu – (Video)
-
"Real"ın futbolçularına və Mourinyoya bahalı BMW-lər verildi (Foto)
-
Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran tutuldu
-
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi
-
Aysun İsmayılova: "Dodağımdan başqa heç bir yerdə gel yoxdur" (Video)
-
"Hitler"ə hökm oxundu
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
-
Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq – Yeni qərar
-
Selena hər gün bir "banka" turşu yeyir
-
"Spotify" bu ölkədə dekabrın 1-dən bağlanır
-
5-ci sinif şagirdi qəzada öldü
-
Kəmalə Günəşlinin daha bir arxiv videosu yayıldı





