Ölkə

Sakinlər öz evlərinə hasarı aşaraq girirlər

12 Noyabr 2025 22:39
Baxış: 309
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lənkəran rayonunun Osakücə kənd sakini Hüseynəli Rzayev Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirir ki, 7 ildir problemlə üz-üzə qalıb.

Milli.Az xəbər verir ki, o, iddia edir ki, pay torpağı kimi istifadə etdiyi həyətyanı sahəsini kənd sakini Natiq Sadıqov hasarlayaraq bağlayıb. Odur ki ailə üzvləri evinə gedib-gəlmək üçün ya 400-500 metr yol qət etməli, ya da hasarı aşmalıdırlar.

Baku TV yolu bağlamaqda adı hallanan Natiq Sadıqovla əlaqə saxlamağa çalışsa da, o, müsahibə verməyib. Lakin bildirib ki, elektron xəritənin cavabını gözləyir. Əgər sözügedən ərazinin xəritədə yol olduğu təsdiqini taparsa, hasarı sökəcək.

Osakücə kənd bələdiyyəsinin sədri Həkər Cavadov da bu barədə geniş danışmaq istəməyib. O, şifahi olaraq bildirib ki, sözügedən məsələ ilə əlaqədar həmin əraziyə dəfələrlə baxış keçirilib, hər iki tərəfin fikirləri dinlənilib.

Bələdiyyə sədri qeyd edib ki, məsələ elektron xəritə dəqiqləşdirildikdən sonra həllini tapacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.