İqtisadiyyat

Bakıda kombi sisteminin ləğvinə “Azəriqaz”dan reaksiya

8 Aprel 2022 15:36
2 Şərh     Baxış: 5 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fərdi istilik sistemlərinin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edilməsi həm dövlət üçün, həm də vətəndaş üçün daha sərfəlidir.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev kombi sistemlərinin ləğv edilməsi barədə səsləndirilən təklifləri şərh edərkən deyib.

"Fərdi üsulda istilik sistemi vətəndaşa baha başa gəlir. Mərkəzləşdirilmiş istilik sistemlərində qaz sərfiyyatı, xərclər daha azdır".

Mərkəzləşdirilmiş istilik sistemlərindən istifadənin ümumilikdə mavi yanacağa nə qədər qənaət edəcəyinə gəlincə, Ruslan Əliyev bildirib ki, hesablama aparmadan bu rəqəmi dəqiq demək olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.