İqtisadiyyat

İkinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşa bilər - VİDEO

4 İyun 2023 14:00
Baxış: 2 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşa bilər

Milli.Az Xezerxeber.az-a istinadla xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, buna səbəb avtomobillərin gözlənilən utilizasiyasıdır.

Ekspert bildirib ki, köhnə maşınların ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra ikinci əl avtomobil bazarında qiymətlər təxminən 5 faiz yüksəlib.

"Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ikinci əl avtomobillər üçün ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Çünki avtomobil parkı yenilənirsə, ikinci əl ehtiyat hissələrinə artıq ciddi ehtiyac qalmayacaq."

Eldəniz Cəfərovun sözlərinə görə ölkədə mövcud olan avtomobil sənayesinin təkmilləşdirilməsi prosesi də ehtiyat hissələri bazarına təsirsiz ötüşməyəcək.

Ekspert əlavə edib ki, avtomobillərin utilizasiyası prosesi həyata keçiriləndə avtomobillərin qiymətində ciddi dəyişiklik olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.