İqtisadiyyat

Sərnişin və yükdaşımaları sahəsində nəzarət gücləndiriləcək

5 May 2010 16:57
Baxış: 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə məlumat Nəqliyyat Nazirliyinin internet saytında yerləşdirilib. Məlumatda deyilir ki, Komissiya nəqliyyatda, o cümlədən şəhərdaxili və şəhərlərarası sərnişindaşımalarında təhlükəsizliyin təmin olunmasına, daşımalarda qaydalara riayət olunmasına və bu prosesləri həyata keçirən şəxslərin məsuliyyətinin artırılmasına dair təkliflər hazırlayacaq və nəqliyyat naziri Ziya Məmmədova təqdim edəcək.

Komissiya öz işini bir ay ərzində başa çatdırmalıdır.

Ölkənin nəqliyyat sektorunun intensiv inkişafına baxmayaraq, bu sahədə bir sıra ciddi çatışmazlıqlar qalmaqdadır. Son vaxtlar sərnişin və yükdaşımalarında yol qəzalarının sayı artıb. Müəyyən edilib ki, yol qəzalarının əksəriyyəti daşımaları iş rejimini və hərəkət qrafikini pozmaqla həyata keçirən sürücülərin günahı üzündən baş verir.

Məlumatda deyildiyi kimi, yuxarıda qeyd olunanları nəzərə alaraq, fiziki şəxslər və özəl sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə bağlı nəzarət üzrə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacibdir.

Əsas diqqət avtobusların hərəkət cədvəlinin təkmilləşdirilməsi və optimallaşdırılmasına, dayanacaqların yerinin düzgün seçilməsinə, lisenziyası olmayan sürücülərin sərnişin və yük daşımalarına yol verilməməsinə, martşrutlardakı avtobusların sayının tələblərə uyğun olmasına, eləcə də avtobus və yük avtomobillərinin texniki vəziyyətinə ayrımalıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.