İqtisadiyyat

Azərbaycan Türkiyəyə ən çox qaz tədarük edən üç ölkədən biridir

28 Dekabr 2021 22:31
0 Şərh     Baxış: 1 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya, ABŞ və Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin arasında ilk üçlükdə yer alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bu ilin oktyabr ayında Türkiyəyə təbii qaz idxalı 15,2 faiz artaraq 4 milyard 657 milyon kubmetrə çatıb. İdxal olunmuş qazın 3 milyard 22 milyon kubmetrə yaxını boru kəmərləri ilə, 1 milyard 634 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz şəklində tankerlərlə çatdırılıb.

Hesabat dövründə boru kəmərləri ilə Türkiyəyə təbii qaz idxalı 6,9 faiz azalıb, tankerlərlə tədarük isə 105,5 faiz artıb.

Oktyabrda Türkiyə ən böyük həcmdə təbii qazı Rusiyadan alıb - 1 milyard 865 milyon kubmetr. Azərbaycandan isə 762 milyon kubmetr qaz tədarük edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.