İqtisadiyyat

Market və bazarlarda son vəziyyət - Ən çox hansı məhsullar bahalaşıb? - VİDEO

28 Dekabr 2021 16:30
Baxış: 1 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Market və bazarlarda istər ərzaq məhsullarının, istərsə də meyvə və tərəvəzlərin qiymətində bahalaşma var. Elə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə bahalaşamanın olduğunu göstərir. Əməkdaşımız Ömər Xıdırov marketlərdə hansı məhsulların qiymətində nə qədər bahalaşma var, bunu araşdırıb.

Ərzaq bol,qiymətlər isə baha.

Marketlər və bazarlardan alış-veriş edən vətəndaşlar qiymətlərin bahalaşdığını bildirir..Alıcıların sözlərinə görə, məhsulların qiymətlərində artım müşahidə olunur.

Elə sahibkarların özləri də satdıqları məhsullarda qiymət artımının olduğunu təqdiqləyir...

Elə qiymət artımını Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də təsdiqləyir.Məlumatına görə,bu ilin yanvar-noyabr ayları üzrə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 7,4 faiz artıb.Ötən ay ərzində isə çörək və çörək məmulatları, yumurta 4 , balıq məhsulları 7,ət və süd məhsulları,kərə və bitki yağları 8, meyvələr 9,tərəvəzlərin isə qiyməti 6 faiz artıb.QRAFİK...

İqtisatçı ekspert Xalid Kərimlinin sözlərinə görə,qiymət artımı bundan sonra da davam edəcək.Çünki qiymət artımı prosesi dünya ölkələrində də davam edir.Bunun əsas səbəbi isə  pandemiyanın olmasıdır.

Bununla yanaşı portağalın, naringinin, heyvanın, xurmanın, kivinin, pomidorun və çuğundurun qiymətlərində ucuzlaşma müşahidə olunur.

Milli.Az xəzər xəbər-ə istinadla sujeti təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.