Yeni enerji arxitekturası: Azərbaycanın “yaşıl gələcəy”ində Naxçıvanın rolu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın enerji strategiyasında "yaşıl transformasiya" artıq ayrıca istiqamət deyil, milli inkişafın əsas sütunlarından birinə çevrilib. Ölkənin ümumi elektrik enerjisi istehsal gücü hazırda 9732,5 MVt təşkil edir ki, bunun 1829,6 MVt-ı, yəni təxminən 19 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Bu göstəricilər təkcə mövcud vəziyyəti deyil, eyni zamanda qarşıya qoyulan iddialı hədəfləri də aydın şəkildə ortaya qoyur. Azərbaycan 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının ümumi generasiya gücünü 6 min meqavata çatdırmağı, bərpa olunan enerjinin quraşdırılmış gücdə payını isə 38 faizə yüksəltməyi planlaşdırır. Bu məqsədlə quruda və dənizdə yüzlərlə meqavatlıq yeni layihələrin icrası nəzərdə tutulur ki, bu da enerji təhlükəsizliyi ilə yanaşı, yeni sənaye sahəsinin formalaşması deməkdir.
Bu ümummilli "yaşıl enerji" hədəflərinin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası xüsusi strateji əhəmiyyət daşıyır. Günəş şüalanmasının yüksək səviyyəsi, əlverişli iqlim şəraiti və coğrafi mövqeyi Naxçıvanı bərpa olunan enerji üçün təbii laboratoriyaya çevirib. Muxtar Respublika uzun illər enerji təminatında məhdudiyyətlərlə üzləşsə də, bu gün həmin üstünlüklər "yaşıl enerji" layihələri üçün mühüm imkanlara transformasiya olunur. Naxçıvanın günəş və su enerjisi potensialından istifadəsi yalnız regional enerji müstəqilliyini möhkəmləndirmir, eyni zamanda Azərbaycanın 2030-cu il "yaşıl enerji" strategiyasının reallaşmasında mühüm dayaq nöqtələrindən birinə çevrilir.
Bu gün Naxçıvanda bərpa olunan enerjinin payı quraşdırılmış gücdə 44 faiz, istehsalda isə 48 faiz təşkil edir ki, bu göstərici respublika üzrə orta səviyyəni xeyli üstələyir. Yaxın illərdə istifadəyə verilməsi planlaşdırılan 50 MVt-lıq günəş elektrik stansiyası, eləcə də Tivi və Ordubad su elektrik stansiyaları bu payın daha da artacağını deməyə əsas verir. Beləliklə, faktiki olaraq Naxçıvan Azərbaycanın "yaşıl enerji zonası" kimi formalaşır.
Bu proses təsadüfi deyil, planlı dövlət siyasətinin nəticəsidir. "Yaşıl Enerji Zonası" Konsepsiyası çərçivəsində 2026-2030-cu illər üçün 12 prioritet istiqamətin müəyyənləşdirilməsi Naxçıvanın enerji inkişafında institutlaşmış yanaşmanın tətbiq olunduğunu göstərir. Məqsəd təkcə enerji istehsal etmək deyil, bu sahəni iqtisadi inkişafın lokomotivinə çevirməkdir.
Enerji idarəçiliyində institusional dönüş
Bu dönüş nöqtəsinin əsas hüquqi sütunu 2024-cü il 23 noyabr tarixli 235 nömrəli Prezident Fərmanı oldu. Fərmana əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin istehsal və ötürmə funksiyalarının "Azərenerji" ASC-yə həvalə edilməsi muxtar respublikanın enerji sektorunu ölkənin vahid enerji sisteminə tam şəkildə inteqrasiya etdi.
"Azərenerji"nin balansında yaradılan "Naxçıvan Enerji" MMC çərçivəsində yeni struktur quruldu, 400-dən çox yerli mütəxəssis işlə təmin olundu, enerji sahəsində insan kapitalı gücləndirildi.
İnfrastruktur: köhnədən yeniyə keçid
Naxçıvanın enerji sistemində problemlər əsasən ötürücü şəbəkənin köhnəlməsi ilə bağlı idi. Bu gün isə mənzərə tam dəyişir. 110 kV-luq "Naxçıvan", "Babək", "Çeşməbasar" yarımstansiyalarında aparılan yenidənqurma işləri, ölkədə ilk qapalı tipli yarımstansiyanın tikintisi enerji təhlükəsizliyini və idarəolunma çevikliyini əsaslı şəkildə artırır. "Yeni Culfa" yarımstansiyası isə istismara hazırlıq mərhələsindədir. Bu proses paralel olaraq rəqəmsallaşdırma ilə müşayiət olunur. Regional SCADA Mərkəzinin inşası Naxçıvanın enerji idarəçiliyini real vaxt rejimində və mərkəzləşdirilmiş şəkildə həyata keçirməyə imkan verəcək. Bu isə artıq klassik enerji modeli yox, ağıllı enerji sistemi deməkdir.
Regional enerji qovşağına doğru
Naxçıvanın "yaşıl enerji" strategiyası təkcə daxili təminatla bitmir. Bölgənin Türkiyə vasitəsilə Avropa enerji bazarlarına çıxışı real, texniki cəhətdən əsaslandırılmış layihəyə çevrilib. "Cəbrayıl-Naxçıvan" (330 kV) və "Naxçıvan-Türkiyə" (400 kV) xətlərinin, eləcə də çevirici yarımstansiyanın inşası planı bu baxımdan strateji əhəmiyyət daşıyır.
Bu infrastruktur regionda "yaşıl enerji"nin transmilli nəqli üçün yeni mərhələnin əsasını qoya bilər. Başqa sözlə, Naxçıvan istehsalçıdan ixracatçıya doğru addımlamaqdadır.
Bu gün Naxçıvanda fəaliyyət göstərən 5 su, 3 günəş, 1 külək və 1 hibrid elektrik stansiyası artıq istehsalın təxminən 50 faizini "yaşıl enerji" hesabına formalaşdırır.
Beləliklə, Naxçıvanda həyata keçirilən "yaşıl enerji" layihələri taktiki addımların cəmi yox, uzunmüddətli dövlət baxışının tərkib hissəsidir. Burada məqsəd yalnız daha çox enerji istehsal etmək deyil, enerji təhlükəsizliyini dayanıqlı əsaslara uyğunlaşdırmaq, iqtisadiyyatı yeni mərhələyə daşımaq və bölgənin regional rolunu yenidən formalaşdırmaqdır.
TREND
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video - (Yenilənib)
-
Bakıda baş redaktor həbs edildi
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı - (Video)
-
Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? - AQC rəsmisindən açıqlama
-
İrandan Almaniyaya gedən yükdə 29 kiloqram metamfetamin aşkarlandı
-
5 günlük tətil başlayır
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)
-
Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
-
Qvardiolanın yeni iş yeri bəlli oldu
-
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - (Video/Foto)
-
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib





