İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

17 Dekabr 2021 17:04
Baxış: 801
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2021-ci ilin 11 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 4,4 faiz (2,2 milyard dollar) artaraq 53 milyard dolları üstələyib.

Milli.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Mərkəzi Bankın ehtiyatları isə bu müddət ərzində 10,2 faiz artaraq 7 milyard dollardan çox olub.

"Ötən iclasdan bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunub, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirib" - Mərkəzi Bankın məlumatında deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.