Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş "Görüş-Konsert" keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor, müəllim və tələbə heyəti ilə "Görüş-Konsert" keçirilmişdir. Qeyd etmək lazımdır ki, Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində Azərbaycan, o cümlədən, xarici ölkə universitetləri ilə tez-tez görüş-konsertlər keçirilir.
Konsertin dirijorları Azərbaycanın xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimov olmuşdur.
Öncə çıxış üçün səhnəyə Azərbaycanın xalq artisti, professor Zəhra Quliyeva dəvət olunub. DİA-nın professor, müəllim və tələbə heyətini salamlayan Z.Quliyeva bu il 100 illik şanlı yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixi, inkişaf yolu, habelə, bu müqəddəs ocağın yetişdirdiyi istedadlı musiqiçilər haqqında məlumat verib.
Konsert proqramı dahi Ü.Hacıbəylinin "Koroğlu" operasından Üverturanın səsləndirilməsi ilə başlayıb.
Bundan sonra vokalçı S.Nəsirli Niyazinin "Arzu" əsərini, Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx görkəmli rus bəstəkarı S. Raxmaninovun "Vocalise" əsərini səsləndirib.
Daha sonra dinləyicilərə Azərbaycanın Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında fransız bəstəkarı F. Pulenkin iki fortepiano və simfonik orkestr üçün Konserti (II və III hissələr), Əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun ifasında G. Hendelin "Rinaldo" operasından ariya, S.Nəsirli və İ. Nəzərovun ifasında Azərbaycanın Xalq artisti F.Bədəlbəylinin "Ave Maria" əsəri təqdim olunub.
Konsert proqramının davamında Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə igörkəmli rus bəstəkarı Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsərini səsləndirib (işləməsi A. Varenberq, III-IV hissələr). İfa dinləyicilərin gurultulu alqışları ilə qarşılanıb.
Musiqi Akademiyasının 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor, müəllim və tələbə heyəti ilə Görüş-konsert Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" əsərinin ifası ilə başa çatıb. Qeyd edək ki, görüş-konsert dinləyici auditoriyasının diqqət və rəğbəti ilə qarşılanıb.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib - (Foto)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Şaron Eyal və Romeo Kastelluçi, Lev Dodin və Əkrəm Xan, Piter Frankopan və Mənal Əl-Dovayan: Bakı Beynəlxalq İncəsənət Festivalı paralel proqramını elan edir - (Foto)
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
XƏBƏR LENTİ
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Sığorta şirkətləri ən çox hansı sahəyə pul ödəyib?
-
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
-
Putin Pezeşkianla görüşdü
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"





