Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitenin professor, müəllim və tələbə heyəti ilə görüş-konsert keçirilmişdir. Qeyd etmək lazımdır ki, Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində Azərbaycan, o cümlədən, xarici ölkə universitetləri ilə tez-tez görüş-konsertlər keçirilir.
Konsertin dirijorları Azərbaycanın xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimov olmuşdur.
Öncə Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyeva konsertə giriş sözü ilə çıxış edərək Azərbaycan Dövlət İqtisad Universitetinin professor, müəllim və tələbə heyətini salamlayaraq onlara bu il 100 illik şanlı yubileyini qeyd edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, onun yaranma tarixi, inkişaf yolu haqqında məlumat verib. Daha sonra səhnəyə İqtisad Universitetinin əməkdaşı Ramil Cabbarov dəvət olunub və o, təhsil müəssisəsinin rektoru Ədalət Muradovun Bakı Musiqi Akademiyasının yubileyi münasibətilə ünvanladığı təbrik mətnini səsləndirib. Bundan sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında konsert proqramı açıq elan edilib.
Konsert Ü. Hacıbəylinin "Koroğlu" operasından Üverturanın səsləndirilməsi ilə başlanıb. Görüş-konsertdə həmçinin Azərbaycanın Əməkdar artisti Samir Cəfərovun ifasında dahi Ü. Hacıbəylinin "Sevgili canan" qəzəl-romansı, C. Puççininin "Toska" operasından Kavaradossinin ariyası, Azərbaycanın Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında fransız bəstəkarı F. Pulenkin iki fortepiano və simfonik orkestr üçün Konsertinin III hissəsi, o cümlədən, Əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun təqdimində G. Hendelin "Rinaldo" operasından Armilenanın ariyası səsləndirilib.
Konsertin davamında dinləyicilərə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin ifasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsəri təqdim olunub (işləməsi A. Varenberq, III-IV hissələr). İfa dinləyicilərin gurultulu alqışları ilə qarşılanıb.
Görüş-konsertin davamında Xalq artisti F. Bədəlbəyli 44 günlük Vətən müharibəsi və şanlı Zəfər haqqında danışıb və dinləyiciləri əslən Şuşalı olan, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" əsərini dinləməyə dəvət edib. İfa dinləyicilərin böyük maraq və rəğbəti ilə qarşılanıb və bununla da Musiqi Akademiyasının 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Dövlət İqtisad universitetinin professor, müəllim və tələbə heyəti üçün görüş-konsert başa çatıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu





