Zeynəb Xanlarovanın mahnısındakı Esmira kim idi? - FOTOREPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elə mahnılar var ki, dillər əzbəridir, amma onun kimə həsr olunmasından xəbərsizik.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunlardan biri də sözləri Rüfət Əhmədzadəyə, musiqisi dahi bəstəkar Emin Sabitoğluna məxsus, Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə məşhurlaşan "Esmira" mahnısıdır.
Şən mahnı ötən əsr Qəbələnin Nic kəndində yaşamış, milliyyətcə udi olan Qanqalovlar ailəsinin üzvü Esmira Qanqalovaya həsr olunub.
Məlumat üçün bildirək ki, Esmira fiziki məhdudiyyətli olub və bu səbəbdən ömrünün 20 ildən çoxunu dəmir çarpayıda keçirib. O, 1974-cü ildə "Azərbaycan gəncləri" qəzetinə yazdığı həssas məktubla tanınıb.
Esmira 47 il əvvəl sözügedən qəzetdə dərc olunan məktubunda yazıb:
"Hörmətli redaksiya! 20 ilə yaxındır ki, dəmir çarpayının dustağıyam. Bəli, qıçım tutulub, xəstəyəm. Mən bunun üçün kimsədən şikayətlənmirəm. Xeyirxah, bacarıqlı həkimlər məni müalicə etmək üçün çox əziyyət çəkiblər, ancaq mümkün olmayıb, vəssalam!..
Mən bunları yazmaqla ruhdan düşdüyümü bildirmirəm, kimisə kövrəltmək, kimdənsə imdat diləmək fikrində deyiləm. Sadəcə olaraq, yazı vasitəsi ilə redaksiya ilə, oxucularla, necə deyərlər, dərdləşmək, söhbət etmək niyyətindəyəm. Axı, əsas həmdəmim kitabdır, mətbuatdır. Mən dəmir çarpayıda ancaq bunlar vasitəsi ilə qiyabi səyahətə çıxıram, müxtəlif xarakterli adamlarla görüşürəm, yeniliklərlə tanış oluram.
Bu yaxınlarda "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş "Mərdlik dərsi" adlı məqalə məni çox sevindirdi. Orada yazılmışdı ki, köməyə ehtiyacı olan adamlara qayğı göstərmək gənclərimizin borcudur. Deyirəm, bəlkə bunu nəzərə alıb qəzetdə ünvanımı verəsiniz. Gənclər mənə məktub yazalar, kitab göndərələr. Belə olsa, mən hamıya minnətdarlığımı bildirərəm".
Əlil qadının təsirli məktubu həmin ilin noyabrın 14-də sözügedən qəzetdə "Dəmir çarpayıdan məktub" başlığı ilə dərc olunur. Bundan sonra, Esmiranın ünvanına respublikanın müxtəlif yerlərindən, o cümlədən Ağdam, Laçın, Xankəndi, Xocalıdan məktublar göndərilir, namələrdə qadına dəstəklərini ifadə edirlər.
Udi qadına dəstək olanlardan biri də mərhum Xalq artisti Arif Quliyev olub. Mərhum aktyor hələ o zaman Esmiraya imzalı kitabını göndərib.
Maraq üçün bildirək ki, Esmiranın da üzvü olduğu Qanqalovlar ailəsinə məxsus olan ev hazırda "Azərbaycan Udi Ocağı" tarixi etnoqrafik park muzeyinin həyətindədir.
Ev 17-ci əsrin sonlarında inşa edilib. Parka daxil olarkən Esmira ilə bağlı guşəyə də rast gəlmək mümkündür. Guşədə qadına 70-80-ci illərdə göndərilən məktublar da yer alıb.
Qısa arayış olaraq bildirək ki, "Azərbaycan Udi Ocağı" Qəbələ rayonunun Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə yerləşən açıq səma altında bu park muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirən simvolik bir etnoqrafik kənddir. Park muzey ekspozisiya şəklində bir neçə etnoqrafik sahələrə bölünür.
Qanqalovlar ailəsinə məxsus evin quruluşu yataq otağı, tövbə və dualar otağı və sair otaqlardan ibarətdir. Burada yaşı 100-dən çox beşiyə də rast gəlmək mümkündür ki, məlumata görə, ailənin bütün körpələri məhz bu beşikdə böyüyüb. Udi dilində buna "lorets" deyilir. Bundan başqa, evin divarından yaşı 150-dən çox olan "Dayan doldurum" tüfəngi asılıb. 70-ci illərə məxsus "Start" televizoru da otağa əlavə rəng qatır və işlək vəziyyətdədir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
-
Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır
-
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub - (Foto- Video)
XƏBƏR LENTİ
-
Müəllimlərin diqqətinə: MİQ-də vakansiya seçimi başlayır
-
Bakının bu ərazisində sakinlər üçün həyat çətinləşib - Yol, su və işıq problemi
-
Tanınmış azərbaycanlı bloqerlə xanımı yenidən qəzaya düşdü - (Video)
-
“Xbet” və “MostBet”lə bağlı əməliyyat: Saxlanılanlar var -
-
Azərbaycana geomaqnit qasırğası gəlir - Tarixlər açıqlandı
-
Bakıda 9 avtobusun marşrutu dəyişdirildi - Səbəb
-
Pakistan İrandan iki mühüm şəxsi İslamabada çağırdı
-
Qubada 6 kəndi birləşdirən yol bağlandı
-
Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Azər Axşamın ölüm xəbəri yayıldı - (Video)
-
Xətaidə liftlər niyə işləmir?
-
57 yaşlı azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
-
Lökbatanda dənizdə 2 qadın boğularaq öldü
-
Velosipedçinin həyatını təhlükəyə atan avtobus sürücüsü - (Video)
-
Mourinyonun "Real"da sərt qaydaları
-
Bu gün təyin olunan səfirlər kimdir? - Dosye
-
Moldova Rusiyadakı səfirini geri çağırdı
-
Maaşlar 7 faiz artdı
-
Yasamalda açıq sahədə yanğın başladı
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
"Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)
-
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
-
Masazırda mənzil alan vətəndaş 3 ildir çıxarış gözləyir





