Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gecə oxusu: Fəhlələr
16 Fevral 2012 00:30
0 Şərh
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fəhlələr
Düzənlikdə işləyirdik. Ucsuz-bucaqsız bir düzənlik idi. Elə bir düzənlik ki, səsin nə qədər güclü olsa belə, onun haqqında nəğmə oxuya bilməzsən. Burada nə ağac, nə də təpə vardı. Hara baxsan da, nəhayətsiz çöl və bu çöldə yerləşmiş kəndlər. Adama elə gəlirdi ki, ağlagəlməz dərəcədə böyüdülmüş ovcunun içinə baxır. Nəhayətsizlikdə baxışın itir, bəzən də düşünürsən ki, gözün yoxdur və korsan. İnsan dəli olur.
Kazimir nə vaxtsa mənə demişdi:
- Əgər kommunist olmasaydım, bu çöllüyə həyatı sevən insanın ölümə nifrət etdiyi kimi nifrət edərdim. Mən burada davam gətirə bilmirəm, ölürəm. Özüm Sandomerdənəm, orada torpaq hərarətli və məhsuldardır. Bu lənətə qalmış körpünü tikib qurtarsaydıq, bir də heç vaxt buralara qayıtmazdım. Uşaqlarıma da bura gəlməyi qadağan edəcəyəm.
Varşavanın Marımont rayonundan olan betonçu Stefan isə deyirdi:
- Elə ki bu lənətə gəlmiş körpünü qurtaracağıq, heyvan kimi içib üç gün komissarlıqda yatacağam. İlahi! Heç olmasa komissarlıq olaydı... Artıq yarım ildir ki, bu andıra qalmış körpünü tikirik, axırda dəli olacağam, bütün bu vaxt ərzində bir ağac belə görməmişəm!
Yaşlı, ciddi və çox dindar bir insan olan armaturçu Kaminski öz fikirlərini belə ifadə edirdi:
- Lənət şeytana, mən nə üçün bura gəlmişəm? Bura düşəndən sonra heç allaha da inanmıram. Mənə elə gəlir ki, allah dünyanı yaradanda bu məkanı unudub, bəlkə də lənətləyib. Mən burada yaşaya bilmirəm.
Mən isə susmağa çalışırdım. Gecələr həyətə çıxıb səmaya baxırdım. Səma mənə darıxdırıcı, ulduzlar isə lazımsız və üzücü görünürdü.
Bura bizdən başqa heç kəs gəlmirdi. Bir-birimizi isə artıq çox yaxşı tanıyırdıq. Hamı hər kəsin həyat yoldaşı, uşaqları, evi, hətta məşuqəsi haqda hər şeyi bilirdi. Danışmağa mövzu qalmamışdı. Düşünürdüm ki, canımı buradan qurtara bilməyəcəyəm. Artıq inanmırdım ki, haradasa şəhərlər, küçələr, əsl evlər var.
Biz baraklarda yaşayırdıq. Onları əlimizin altında olan materialdan tikmişdik. Tikintiyə qəzetləri bizdən xeyli uzaqda yerləşən şəhərdən poçtalyon gətirirdi. Poçtalyon sərxoş olmayanda qəzetlər haradasa bir gün gecikirdi, amma o içməyə başlayanda üzünü bir neçə gündən bir görürdük. Poçtalyonumuz melanxoliyaya qapılanda isə bütöv həftələri dünyadan bixəbər qalırdıq. Bir dəfə betonçu Stefan poçtalyonu döydü, lakin yenə də heç nə dəyişmədi. Əksinə, yeni ilə almalı olduğumuz təbrikləri Tşex Kruli (Polşada yanvarın altısı qeyd olunan dini bayram) bayramında alası olduq.
Payızda baraklarmızda elə nəmişlik olurdu ki, yaxınlarımızın şəkillərini divarlardan çıxardıb taxta sandıqçalarda gizlətmək lazım gəlirdi. Qışda isə burada dəhşətli küləklər əsirdi. Dəmir sobalardam çıxan his burumları qalın lay halında paltarlarımızın üstünə çökürdü. Hamımız soyuqlamışdıq. Səsimiz də dəniz quldurlarının səsindən fərqlənmirdi.
Baraklarda dözülməz dərəcədə soyuq olanda biz artıq nə yuyunurduq, nə də üzümüzü qırxırdıq. Kazimir öz qara saqqalı ilə Madeyə (Madey - əfsanəyə görə cəhənnəmdə əzab-əziyyətə düçar olacaq qatil), çalbaş armaturçu Kaminski patriarxa oxşayırdı, Marımontdan olan Stefanın sarı ispanyolkası isə operetta modabazlarının geyimlərini xatırladırdı. Hamıdan pis görünən isə mən idim. Üzümdə tük çox deyildi, amma seyrək idi, elə ona görə də anadan olandan sonra üzümün su görüb-görmədiyini dərhal demək çətin olurdu.
- Nə edək. Bir bu yaz gəlsəydi... - deyirdik.
Yaz da gəldi, lakin gecikmiş və soyuq bir yaz. Bu yaz payızdan da betər idi. Bir gün bərk yağış, o birisi gün isə az da olsa qar yağırdı. Külək qarı havaya qaldırır və üzümüzə çırpırdı.
Kombinezonlarımızın quru vaxtı olmurdu. Qızdırmadan gözlərimiz qıpqırmızı idi. Barakın damının yarısı çökmüşdü. Onu birtəhər düzəltmək üçün bizə iki gün lazım oldu. Boz səmada bəzən solğun günəş görünürdü. İnşaat meydançasındakı çoxsaylı gölməçələrdə əks olunan günəş yağ ləkəsinə bənzəyirdi. Yorğun üzümüzü ona tərəf qaldıran kimi isə dərhal itirdi.
Kazimir deyirdi:
- Eh, lənət şeytana. Əgər partiya üzvü olmasaydım, buradan elə qaçardım ki... Gedərdim qardaşımın yanına. O, Malkin yaxınlığındakı kilsə prixodunda keşişdir. Bir az orada yaşayardım. Yalnız xəcalət hissi məni bu addımı atmaqdan saxlayır. Buradan çıxıb getdiyim gün, düşünürəm ki, qışqırığım bütün aləmə yayılacaq. Uşaqlar, düzünü desəm, körpü artıq heç vecimə də deyil.
Stefan dedi:
- Ay katib! Yaya çıxsaydıq...
O həmişə nikbin idi. Bəzən buna görə o xoşumuza gəlirdi, bəzən isə ona nifrət edirdik, ağılsız sayırdıq.
Uzun və dəhşətli qışdan, cansıxıcı yazdan sonra qızmar yay başladı. Buralarda belə istiləri hətta yaşlı nəsil də xatırlamırdı. Tərdən gözümüzü aça bilmirdik, köynəyimizdən su axırdı. İndi qış bizə nağıl kimi gəlirdi. Elə qaralmışdıq ki, dərimiz soyulurdu. Gecələr ağrıdan sağ tərəfdən sol tərəfə dönə bilmirdik. Kaminski xaç çəkərək qəmgin-qəmgin deyirdi:
- İlahi, günahkarın cəzasını ver...
Bizimlə işləyən bir neçə qadına nifrətlə baxırdıq. Onlar olmasaydılar, lüt gəzə bilərdik. Bir azdan isə qadınlara heç fikir də vermirdik. Paytaxtdan yoxlamaya gələn mühəndisin rəngi düz yarım gün özünə qayıtmadı. Hara gəlib çıxdığını dərk edə bilmirdi. Sonra əlini sinəmə tuşlayaraq dedi:
- Siz evinizdə də belə lüt gəzirsiniz?
-Bəli. Düzdür, evdə olanda bədənimə açıq yaşıl, tünd qırmızı, mavi rəngdə zolaqlar da çəkirəm. Amma burada çəkə bilmirəm. Tikintidə ancaq qurğuşun tapmaq olur. Bəlkə bir məsləhət verəsiniz?
Mühəndis dəli kimi gözlərini bərəldib mənə baxdı və dedi:
- Qəribədir, çox qəribədir.
Biz körpünü tikməkdə davam edirdik, amma həvəssiz və nəğməsiz. Bilirdik ki, işləmək lazımdır. İşləmək yaxşı şeydir. Lakin bu körpünü nifrət, ümidsizlik, burdan qaçmaq arzusu ilə tikirdik. Ancaq bir şey haqda düşünürdük: ayağımız bura daha heç vaxt dəyməyəcək.
Artıq bir-birimizlə danışmırdıq, ancaq lənətlər yağdırırdıq, söyürdük. Kimsə adi bir şeydən danışmaq istəyəndə belə ona təəccüblə baxırdıq. Ən pis söyən isə Kazimir idi. O, dayanmadan, təkrarlanmadan bir saat on beş dəqiqə söyə bilirdi. Kazimirə "körpünün sözlüyü" deyirdik. Armaturçu Kaminski buradan xilas olunacağına ümid etmirdi və üç dua kitabçasını poçtalyonla arağa dəyişmişdi. Mən də körpünün şərəfinə bir şeir yazmışdım ki, Fredronun fraşkaları onun yanında heç nə idi. Hamımızın arzuladığı yeganə bir şey vardı - buradan çıxıb gedəcəyimiz günü görmək.
Körpünü tikib qurtardıq. Lakin nə rəqs etməyə, nə oxumağa, nə içib sərxoş olmağa halımız qalmışdı. Həmin gün Kaminski bizə gecəniz xeyrə qalsın da demədi.
Körpünü transparantlarla bəzəmişdilər. Üç yük maşınında bura gətirilən məktəblilər mahnı oxuyurdu. Söz deyən də oldu, lent kəsən də, parovoz maşinisti bir dəstə gül də atdı. Yük maşınlarında gələn orkestr isə artıq onuncu dəfə eyni marşı çalırdı. Kinoxronika operatoru kamerası ilə körpünü gəzərək "şuluq salırdı". Radiodan gələn cavan aparıcı mikrofona dedi:
- Körpü tikənləri görürük. Onlar qürur və sevinc hissi keçirirlər. Biz qabaqcılları, bu körpünün tikintisində böyüyən gəncləri görürük. Nə qədər gül-çiçək var! Kaş bizimlə olaydınız! Bu gün körpü tikənlər üçün ən sevincli bir gündür. Burada Kazimir Roqalskini görürük. Bu insan öz işindən qürur duyur. Çox güman ki, bu gün onun həyatında ən əlamətdar gündür.
Bu zaman heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Kazimir aparıcıya yaxınlaşdı, mikrofonu onun əlindən alaraq dedi:
- Lənətə gələsiniz!
Bayram artıq korlanmışdı. Hamımız yatmağa getdik. Düz iki gün yatdıq. Sonra çoxlu yük maşını gəldi. Taxta sandıqlarımızı maşınlara yüklədik, barakları sökdük, Kaminski körpüyə yumruq göstərdi (tikintidə revmatizm qazanmışdı) və biz yola düşdük.
Maşınlar sürətlə gedirdi. Arzuladığımız gün gəlmişdi. Evimizə, yaxınlarımızın yanına qayıdırdıq. Körpü arxada, qaçdığımız cəhənnəmdə qaldı. Təkərlər fırlandıqca o bizdən uzaqlaşırdı, getdikcə balacalaşırdı.
Mən susurdum. Hamı susurdu. Düşünürdüm ki, söyəcəklər, lənətləyəcəklər, oxuyacaqlar, qışqıracaqlar. Kazimirin qışqırığını, Stefanın rəqsini, Kaminskinin şükranlıq dualarını, hisslərin qızışmasını, şən zarafatları, evin yaxınlığı və daxili bir yüngüllük hisslərini gözləyirdim. Lakin hamı susurdu. Başımı döndərdim və gördüm ki, hamı körpüyə tərəf baxır. O isə artıq balaca nöqtəyə çevrilmişdi. Hirsləndim.
- Hə - dedim. - Niyə danışmırsınız? Bəlkə mahnı oxuyasınız? Sizə nə oldu?
Hamı susurdu. Mənə fıkir verən də olmadı. Qışqırdım:
- Danışın da! Danışın, lənətə gələsiniz...! Susurdular. Hamının baxışları çox gərgin idi.
- Danışın! - var gücümlə qışqırdım.
- M... m... - betonçu Stefan nə isə dedi və susdu.
Bizim körpümüz artıq görünmürdü. O, düzənlikdə qaldı, buludlar onu örtmüşdü.
Yalnız indi başa düşdüm ki, körpü artıq bir xatirədir. Onun üstü ilə gedib-gələnlər heç vaxt bilməyəcəklər ki, bu bizim körpümüzdür. Ağlayırdıq. Hamı ağlayırdı. Mənim onda iyirmi yaşım vardı. Özüm də bilmirdim niyə, amma mən də onlarla bir yerdə ağlayırdım. Niyə göz yaşı axıtdığımızı başa düşmək üçün o vaxt məndə nə isə çatışmırdı. Lakin bu gün artıq bilirəm. Ən çox o insanları, o əşyaları, o şeyləri sevirik ki, həyat bizə onlardan ayrılmağı əmr edir. Bəzən də həmişəlik.
Tərcümə: Raisə Miskərli
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)