Arif Quliyevin o dünyadakı qonşuları: “Qurd qapısı”nda torpağa qarışan tanınmışlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün öncə vəfat edən Xalq artisti Arif Quliyevin "Qurd qapısı" adı ilə tanınmış Yasamal məzarlığında dəfn olunması sənətkara pərəstiş edənlər tərəfindən birmənalı qarşılanmadı. Bəziləri Arif Quliyevin heç olmasa II Fəxri xiyabanda dəfn olumasını gözləyirdi. Amma mərhum Xalq artistini "Qurd qapısı"na əmanət etdilər. Sosial şəbəkələrdə mərhum aktyora diqqətsizlikdə suçlanan Mədəniyyət Nazirliyi qınanıldı...
Milli.Az modern.az-a istinadən xəbr verir ki, "Qurd qapısı" Bakıda sahəsinə görə ən böyük qəbiristanlıqdır.
Bu qəbiristanlıq üç əsas hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var.
Yasamal qəbiristanlığı həm də Bakıdakı ən köhnə məzarlıqdır. Belə ki, onu 1940-cı ildə salıblar.
Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən deyiblər ki, oradakı qəbirlərin sayı məlum deyil.
Bilməyənlər üçün deyək ki, Xalq artisti Arif Quliyev "Qurd qapısı"nda dəfn olunan ilk məşhur adam deyil... Yəqin heç sonuncu da olmayacaq.
Bu qəbiristanlıq bir çox tanınmış simanın son mənzil yeridir. Heç uzağa getməyək, aprelin 16-da vəfat etmiş Xalq artisti, kinorejissor Eldar Quliyev özünün vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edildi.
Daha əvvəllər isə xeyli məşhur adam "Qurd qapısı"na əmanət olunub. Bu sırada "Artilleriyanın Allahı" ləqəbli general-leytenant Əliağa Şıxlinski (1863-1943), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi, general-polkovnik Mir Cəfər Bağırov (1896-1956), məşhur bəstəkar, cazmen Vaqif Mustafazadə (1940-1979), məşhur aktyor Əliağa Ağayev (1913-1983), mərhum xanəndə Rübabə Muradova (1933-1983) kimi görkəmli simaların adını çəkmək olar.
"Qurd qapısı" qəbiristanlığında torpağa qarışan digər tanınmış mərhumlar:
Bəhram Mansurov (1911-1985), tarzən;
Səməndər Rzayev (1945-1986), aktyor;
Ceyhun Mirzəyev (1946-1993), aktyor, rejissor;
Hamlet Qurbanov (1938-1995), aktyor;
Eldəniz Zeynalov (1937-2001), aktyor;
Oqtay Ağayev (1934-2006), müğənni;
Gülşən Qurbanova (1950-2006), aktrisa;
Həkim Qəni (1918-2008), şair;
Vəfa Quluzadə (1940-2015), diplomat, ictimai-siyasi xadim;
Fuad Poladov (1948-2018), aktyor;
Səfurə İbrahimova (1938-2020), aktrisa...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





