Belarusda Azərbaycan pavilyonu maraqla qarşılandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belarusda 28-ci Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.
Ölkəmizin Belarusdakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan tərəfi artıq 4 ildir bu sərgidə fəal şəkildə iştirak edir. Kitab sərgisi bu il MDB-nin yaradılmasının 30 illiyinə təsadüf etdiyi üçün sərginin mərkəzindəki əsas pavilyon MDB İcraiyyə Komitəsi tərəfindən qurulub. Ümumi pavilyonda MDB-yə üzv ölkələrin Belarusda akkreditə olunmuş səfirliklərinin hər biri öz bölməsini yaradıb.
Azərbaycan səfirliyi tərəfindən yaradılan bölmədə Qarabağda qazanılan böyük Qələbəyə, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və ümummilli lider Heydər Əliyev haqqında kitablar nümayiş olunub. Pavilyonda, eyni zamanda, beynəlxalq kitab sərgilərində qalib seçilmiş kitablar, həmçinin ölkəmizin "Azərbaycan təhsil tarixi" kitabı sərgilənib.
Tədbir çərçivəsində MDB-nin pavilyonunun təqdimatı keçirilib. Təqdimat mərasimində təşkilata üzv ölkələrin səfirləri və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko iştirak ediblər.
Səfir Lətif Qəndilov təqdimat mərasimində çıxış edərək bildirib ki, kitab hələ də insanın ən yaxın dostu, bilik və mədəniyyət mənbəyidir və bunun gələcəkdə də belə olacağına ümid var. Diplomat Azərbaycanda təhsil, mədəniyyət və incəsənət sahələrinə böyük diqqət göstərildiyini, əhalimizin savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu bildirib. Azərbaycan tərəfinin bu tədbirə önəm verdiyini, bu səbəbdən də sərgidə ənənəvi olaraq iştirak etdiyini söyləyən L.Qəndilov bu platformanın yaradıcı insanlar arasında fikir mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Azərbaycanın Mədəniyyət Nazirliyinin və səfirliyin iştirakı ilə ayrıca bölmə də yaradılıb. Mədəniyyət Nazirliyinin nümayəndəsi İslam Hüseynov və Yazıçılar Birliyinin üzvü şairə Zəhra Bədəlbəyli tədbir iştirakçılarını Azərbaycan pavilyonunda nümayiş etdirilən kitablarla tanış ediblər. Sərgi çərçivəsində Zəhra Bədəlbəyli tərəfindən Azərbaycan pavilyonunun təqdimatı keçirilib, ölkəmizə aid videoçarxlar nümayiş etdirilib. Təqdimat zamanı şairə Zəhra Bədəlbəyli müəllifi olduğu "Təzahür sonsuzluğunun arxasında" və "Sənin əllərində" adlı rus dilindəki kitablarından şeirlər oxuyub.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko Azərbaycan pavilyonunda nümayiş etdirilən kitablarla tanış olub. Eyni zamanda, Azərbaycan pavilyonunu Belarus Prezident Administrasiyasının rəhbərinin müavini Vladimir Rıjınkov və Baş nazir Roman Qolovçenko da ziyarət ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
Plener əsərlər sərgisi açılacaq
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Faciəli şəkildə ölən 17 yaşlı Elcanın (Fotosu)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər





