Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abidələrin çoxluğuna baxmayaraq, Zəngilan rayonu arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev deyib.
Onun sözlərinə görə, yalnız ötən əsrin 70-ci illərinin ortalarında Araz çayı üzərində iki böyük su qovşağının (Xudafərin - uzunluğu 38 km, Qız qalası - uzunluğu 11 km) tikintisi ilə bağlı birgə Sovet-İran razılaşması Zəngilan və Cəbrayıl rayonlarında arxeoloji abidələrin tədqiqinə rəvac verib. 1974-cü ildə Həkəri çayının Araz çayı ilə birləşdiyi sahələri öyrənmək üçün kompleks ekspedisiya yaradıldı. Ekspedisiyanın tərkibində su qovşağı ərazisinə düşən kəndlərə (Zəngilan rayonunun Hacalı, Şərifan, Məmmədbəyli, Zərnəli, Cəbrayıl rayonunun Xudafərin, Qumlax və Havalı kəndlərinə) səfərə çıxan etnoqraf alim Emil Kərimov əhalinin məşğuliyyətinə, təsərrüfat və məişət həyatına dair məlumat toplamışdı. Bölgədəki memarlıq abidələri Kamil Məmmədzadə tərəfindən öyrənilmişdir. Tanınmış alim Məşədixanım Nemətova Zəngilan rayonundakı səkkizguşəli Məmmədbəyli türbəsinin, eləcə də Cəbrayıl rayonundakı Şıxlar və Xubyarlı türbələrinin üzərindəki epiqrafik yazıları tədqiq edib onların XIV əsrin əvvəllərində inşa olunduğunu göstərmişdir. Qəbirüstü qoç fiqurları üzərindəki yazıları paleoqrafik xüsusiyyətlərinə və fiqurların hazırlanma texnikasına görə araşdıran tədqiqatçı belə qəbiristanlıqların XIV-XV əsrlərə aid olduğunu qeyd edib.
T.Əliyev əlavə edib ki, 1974-cü ildə arxeoloqlar Bakı-Naxçıvan yolu üstündə "Ağca-açıq" adlanan ilk orta əsrlərə aid yaşayış yerini, Oxşu çayının Araza töküldüyü yerdə yerləşən Tri qalasını qeydə almış, Şərifan kəndi yaxınlığındakı eyni adlı Orta əsr şəhər yerində (Şəhri-Şərifan) ilkin qazıntı işləri aparmışlar. Azərbaycan EA Rəyasət Heyətinin "Xudafərin və Qızqalası su qovşağı zonasındakı abidələrin tədqiqi və öyrənilməsi haqqında" 1978-ci il 18 iyun tarixli 481 saylı sərancamından sonra - 1979-cu ildə 10 ha-a yaxın sahəsi olan və Həkəri çayının sağ sahilində yerləşən Şərifan şəhər məskənində arxeoloji tədqiqatlar davam etdirilib. Qazıntı zamanı 3 m qalınlığında zəngin mədəni təbəqə, XIV əsrin əvvəlinə aid türbə, mürəkkəb quruluşlu hamam kompleksi və digər tikili qalıqları açılıb öyrənilib. Tapıntılar arasında çoxlu saxsı məmulatı (səhəng, bardaq, küpə, nehrə, çıraq, qəlyanucu və s.), dəmir əşyalar (bıçaq tiyəsi, mıx, nizə ucu və s.), XVII əsrin sonuna aid bir ədəd mis pul olub.
T.Əliyev bildirib ki, Çindən gətirilmiş seladon tipli qab qırıqları və İran mənşəli fayans qab nümunələri Orta əsr Şərifan şəhərinin digər ölkələrlə sıx mədəni-iqtisadi əlaqələr saxladığını təsdiq edir. Bütövlükdə isə arxeoloji materiallar hələ IX əsrdə bir yaşayış məskəni kimi meydana gələn Şərifanın XIII-XVII əsrlərdə gur həyatlı bir şəhər olduğunu göstərir:
"Təəssüf ki, sonrakı illərdə bu məskəndə, ümumiyyətlə Zəngilan ərazisində tədqiqatlar aparılmamışdır. Zəngilan rayonunun azad olunması həm də buradakı tarixi-arxeoloji və memarlıq abidələrimizin, ziyarətgahlarımızın düşmən tapdağından azad olunması deməkdir. Artıq inamla deyə bilərik ki, tezliklə Qarabağda başlanacaq böyük quruculuq işləri ilə yanaşı, elmi tədqiqatlar da bərpa olunacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu





