Mədəniyyət

İsmayıllı xalçalarının kataloqu hazırlanıb

21 Aprel 2010 15:37
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Мilli.Az portalına Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, albom-kataloqun hazırlanıb yayılması, əslində bir neçə zərurətdən irəli gəlib:

"Birincisi, İsmayıllı xalçaları barədə Bakı və respublikamızın digər ərazilərində ətraflı bilgilərin verilməsidir ki, verilən sifarişlər artsın. İkincisi və ən əsası isə bu xalçaların xarici ölkələrdə də daha geniş tanıdılması və ixracının təşkili, beynəlxalq sərgilərə çıxarılmasıdır. Albom-kataloq həm də ermənilərin digər maddi-mədəniyyət nümunələrimiz kimi, Azərbaycan xaçalarını da xarici ölkələrdə öz məhsulları kimi təqdim etməsinin qarşısını almağa kömək edəcək".

Bildirilir ki, хalçaçılıq sahəsində qədim və zəngin ənənələri olan İsmayıllıda son illər bu sahəyə maraq xeyli artıb. Rayonda fəaliyyət göstərən "Gülüstan" xalça sexində və "Xoşbəxt-X" kiçik müəssisəsində hər il 350-400 kvadratmetr xalça toxunur. "Şirvan", "Qollu çiçək", "Pərvan", "Dağlı çiçəyi", "Pərvəndi" adlı xalçalar həm Azərbaycan, həm də dünya bazarında yüksək qiymətləndirilir.

Хədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.