Mədəniyyət

Bu gün Səyavuş Aslanın anım günüdür - FOTO

27 İyun 2020 13:39
Baxış: 3 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın anım günüdür. Sənətkarın vəfatından 7 il ötür.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir daha sonra teatrda Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov),İbişov ("Özümüz bilərik", Şıxaəli Qurbanov),Fürzuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə),Şubay ("Ulduz", Sabit Rəhman),Dadaşbala ("Hicran", Sabit Rəhman),Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov),Misir Nəsir ("Lənət sənə, kor şeytan", Firudin Aşurov),Orduxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov) Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi.

Qeyd edək ki, dəyərli aktyor ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib. İkinci fəxri xiyabanda dəfn olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.