Beşinci Buktreyler Festivalı - İştirak şərtləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kitabı tanıdın, kitabla tanının!
Buktreyler Festivalının təsiçisi və direktoru Ruslan Sabirli V Buktreyler Festivalında iştirak şərtləri haqqında məlumat verib:
"Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festivalda iştirak etmək isə çox sadədir. Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi Azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə festivalda iştirak edəb bilər. Həmçinin dördüncü Buktreyler Festivalından start verdiyimiz "Ən yaxşı mobil buktreyler" nominasiyası bu il də öz qüvvəsində qalacaq. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu naminasiya üzrə festivala müraciət edə bilər."
Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.
Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel, 2020
Festivalda iştirak şərtləri aşağıdakılardır:
Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.
Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.
"Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Festivalın təsisçisi və direktoru kinoaktyor, prodüser, mentalist Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:
Instagram: https://www.instagram.com/BooktrailerFest
Facebook: https://www.facebook.com/BooktrailerFest
Youtube: https://www.youtube.com/BooktrailerFest
Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)





