Bakıda klassik və folklor musiqi müsabiqəsi keçiriləcək - “World harmony”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17-24 fevral Bakıda gənc ifaçıların "World harmony" lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək.
Milli.Az xəbər verir ki, müsabiqə "Harmoniya" Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkilati dəstəyilə reallaşacaq.
Müsabiqənin məqsədi klassik və folklor musiqinin populyarlaşdırılması və geniş təbliğidir. Müsabiqə gələcək nəslin istedadlı uşaqlarının aktiv inkişafına böyük təkan verəcək. Bu müsabiqədə yaş həddi 6-40 arası olan iştirakçılar solo vokal, instrumental alətlər, akademik və milli xor kollektivləri iştirak edə bilər.
Filarmoniyadan bildirilib ki, müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçı və onlarca kollektivin iştirakı gözlənilir.
Müsabiqə 3 turdan ibarətdir. Bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqənin münsiflər heyəti ölkəmizlə yanaşı, Gürcüstan, Qazaxıstan, Litva, Çexiya, Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdən dəvət olunmuş görkəmli mütəxəssislərdən ibarətdir. Müsabiqə ərəfəsində dünya şöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.
Müsabiqənin bağlanışı, iştrakçıların mükafatlandırılması və qala konsert fevralın 24-də saat 12:00-da
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcəkdir.
"World Harmony" MÜSABİQƏSİNİN TƏŞKİLAT KOMİTƏSİ
1. Tsitsino Biçikaşvili - müsabiqənin təsisçisi və təşkilatçısı - (fortepiano).
2. Murad Adıgözəlzadə - Azərbaycan Dövlət Akademik Filarmoniyanın direktoru, Xalq artisti, professor, "Gənclərə Dəstək" layihəsinin rəhbəri.
3. Nərgiz Əliyeva - Əməkdar artist, Q. Qarayev adına Azərbaycan Dövlət kamera Orkestrinin direktoru.
4. Rustam Şayxutdinov - professor, Rusiya - (fortepiano).
5. Tamar Sarvazişvili - Beynəlxalq müsabiqələrin üzvü - (vokal).
6. Diana Jaiani - Gürcüstanın Əməkdar müəllimi - (skripka).
7.Kərimova-Zəkəriyyə Ayla - musiqişünas,
Azərbaycan Dövlət Akademik Filarmoniyanın quruluşçu rejissoru, "Gənclərə Dəstək" layihəsinin koordinatoru
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı





