Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin növbəti konserti təqdim olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin növbəti konserti keçirilib.
Konsertdən əvvəl fililogiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək BMM-nin layihələrindən söz açdı. Vurğuladı ki, muğam axşamları ənənəsi XIX əsrin ikinci yarısından başlanılıb. Belə axşamlar əvvəlcə Şuşada, sonra da Bakıda davam etdirilib. Yüz illərdən keçib gələn muğam sənətinin təbliğinə yönələn bu tədbir əvvəllər "Şərq gecələri" adlanan muğam axşamlarının bir növ davamıdır. Bu ənənə Bakının qəsəbə və kəndlərində də yaşayıb və indi də davam etdirilir. Qeyd edib ki, elmi-tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində həyata keçirilən layihənin məqsədi əsrlərboyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətini gələcək nəsillərə daşımaqdır. BMM-nin "Unudulmayanlar", "Muğam axşamları", " Qəzəllər", "Sirlər xəzinəsi", "Aşıq musiqisi axşamları" və s layihələri milli musiqimizin tədqiq və təbliğinə xidmət edir.
Daha sonra layihə bu dəfə "Zabul segah" muğamının ifası ilə davam etdi. Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artistlər Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Vəliyevanın ifasında "Zabul segah" muğamının şöbələri və ritmik ahəngi gənc istedadlı xanəndələr tərəfindən özünəməxsus tərzdə təqdim olundu.
İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edirdi.
Xatırladaq ki, layihə çərçivəsində növbəti konsert dekabrın 28-də isə "Çahargah" muğamı ilə davam edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər





