“CinemaPlus”da “JARA” filminin nümayişi keçirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən Bakıya təşrif buyurmuş bloger, influencer və media nümayəndələrinin iştirakı ilə keçirilən "ProДвижения" layihəsi davam edir.
Milli.Az xəbər verir ki, "ProДвижения" layihəsi sağlam həyat tərzinin sosial şəbəkələrdə bloger və influencerlər arasında təbliğ olunması istiqamətində təlim-məşğələ proqramından ibarətdir.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "ADDIM" Gənclər Təşkilatı tərəfindən reallaşdırılıb.
Layihə çərçivəsində "Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında qonaqlara "JARA" filmi nümayiş olunub. Filmdən öncə qırmızı xalıda fotolar çəkdirən qonaqlar Bakı haqqında təəsüratlarını bölüşüblər.
Filmin ideya müəllifi və prodüsseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Masksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur.
Filmin çəkilişləri "JARA" beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.
Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən "JARA" festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və "JARA" festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.
Qeyd edək ki, Pojarskaya "Otel Eleon" seriyalında, eləcə də Emin Ağalarovun "İnanılmaz" və "Wicked Game" mahnılarına çəkilmiş kliplər də rol alıb.
Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.
"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





