Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Silsilə tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm ediləcək.
Xatırladaq ki, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı ilk dəfə 2018-ci il sentyabrın 27-dən 30-dək keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu il "Nəsimi ili" elan olunub.
Festival, ötən ilki kimi, şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə keçiriləcək. Layihə çərçivəsində həm Nəsiminin doğma diyarı Şamaxıda, həm də paytaxt Bakı və ətraf qəsəbələrdə müxtəlif sənət növləri və bilik sahələrini əhatə edən tədbirlər təşkil olunacaq.
Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şair və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları iştirak edəcək.
Rusiyalı psixoloq Aleksey Sıtnikov, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə dünyada məşhur olan bir sıra nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar.
Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada yaşayan tədqiqatçı Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitablarının təqdimatı olacaq.
Bu il ilk dəfə Nəsiminin bir seçilmiş qəzəlinə tədqiqatçı və şeir biliciləri öz şərhini təqdim edəcək, həmin təfsirlərin müzakirəsi keçiriləcək.
Həmçinin Şamaxı şəhərində İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq.
Festival çərçivəsində Mədəniyyət Nazirliyinin "SÖZ" layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri də elan olunacaq.
Festival günlərində incəsənətin müxtəlif növlərinə dair bir sıra sərgilər açılacaq. Bakıda "Şirvanşahlar Sarayının sirləri" sərgisində yerli və xarici təsviri sənət ustalarının əsərləri - video art, qrafika, instalyasiyalar və kinetik obyektlər nümayiş olunacaq.
Azərbaycan Xalça Muzeyinin festival çərçivəsində söz ustadına həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi də açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunulan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq.
Bakının Qala qəsəbəsində istifadəsiz sənaye anbarında isə "Danışan divarlar" incəsənət layihəsi çərçivəsində yaradılmış əsərlərin təqdimatı olacaq. Bu layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların divarlar üzərində "urban/street art" (şəhər/küçə incəsənəti) janrında yaratdığı əsərlərlə tanışlıq olacaq.
"Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi" IV Beynəlxalq heykəltəraşlıq simpoziumu və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq "Tullantıdan sənətə" sərgisi keçiriləcək.
Festival çərçivəsində Heydər Əliyev Mərkəzində sərgilər, o cümlədən Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhur "Ölümsüzlük otağı" ("Ölümsüzlük odası") əsəri də ekspozisiyada nümayiş olunacaq. Heydər Əliyev Mərkəzində, həmçinin festivalın qala konserti keçiriləcək.
Festival günlərində keçirilən tədbirlərdə Azərbaycan incəsənət ustaları ilə yanaşı, ABŞ, Çin, Almaniya, Böyük Britaniya, Gürcüstan, Misir, Ukrayna, Fransa, Kanada, İordaniya və dünyanın bir sıra başqa ölkələrindən gələn ifaçılar da maraqlı proqramlarla çıxış edəcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib





