Mədəniyyət

Dünyanın ən sevilən müzikl şouları BAKIDA

18 Fevral 2019 17:57
0 Şərh     Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23 Fevral Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Best Musicial Shows"  müzikl şousu keçiriləcək.

Milli.Az xəbər verir ki, şouda dünyanın ən sevilən müzikl şouları olan "Burlesque", "Moulin Rouge", "Chicago" və "The Great Gatsby" müzikllarının ən möhtəşəm hissələri nümayiş olunacaq. Bu şou dünyada ən yaxşı müzikllarda  işləyən konferansye sənətkarın həyat hekayəsinə əsaslanır.

Böyük teatr səhnələri, aktyorların inanılmaz səsləri, göz oxşayan bəzəkləri ilə möhtəşəm kostyumlar bütün bunlar "Best Musical Shows" müzikl şousunda! İnanırıq ki, belə möhtəşəm səhnələrin birləşməsi izləyicilər tərəfindən yüksək qiymətləndiriləcək.

Layihənin təşkili Jam Group komandası tərəfindən görülür.
Biletləri şəhərin bütün kassalarından, Asan Xidmət və iTicket.az saytından əldə edə bilərsiniz.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.