Ölkə

Elektrikli skuter sürənlərə xəbərdarlıq - VİDEO

19 İyun 2025 00:25
Baxış: 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Paytaxt yollarında bəzi elektrikli skuter, velosiped və eləcə də təkərli kanki ilə hərəkət edən müəyyən şəxslər var ki, yol hərəkəti qaydalarına əməl etmirlər".

Bunu "Xəzər Xəbər"ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib.

"Nəqliyyatın İdarəetmə Mərkəzi olaraq, bu cür nəqliyyat vasitələrini idarə edən şəxlərə müraciət edərək bildiririk ki, birinci növbədə təhlükəsizlik dəbilqələrindən istifadə etsinlər. Onlar da digər yol hərəkət iştirakçıları kimi eyni hüquqa və vəzifələrə malikdirlər, qaydalara əməl etsinlər. Onlar üçun ayrılmış yerlərdə bu nəqliyyat vasitələrini idarə etsinlər",- deyə Ömər Xıdırov deyib.

 

Milli.Az

c

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.