Dünya

Paşinyan MTX rəhbərini vəzifədən azad etdi

18 İyun 2025 22:03
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan vəzifəsindən azad olunub.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan imzaladığı sərəncamda bildirilib.

Sənəddə qeyd olunur ki, qərar "Dövlət qulluğu haqqında" qanunun 9-cu maddəsinin 5-ci bəndinə və "Milli təhlükəsizlik orqanları haqqında" qanunun 4.1-ci maddəsinin 2-ci hissəsinə əsasən qəbul edilib.

MTX direktorunun səlahiyyətləri müvəqqəti olaraq qurumun direktor müavini Andranik Simonyana həvalə olunub.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.