Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi tarixdə dəyişiklik ediləcək.
Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Konstitusiya Qanunu imzalayıb.
Mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Layihəyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.
Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Milli.Az





